ABİSSAL TƏPƏ

okeanların abissal düzənliklərində əsasının eni 5-10 km, hündürlüyü bir neçə metrdən bir neçə yüz metrə qədər olan yüksəklik. холм абиссальный аbyssal hill
ABİSSAL SAHƏ (ZONA)
ABİSSAL TƏPƏLİ DÜZƏNLİK
OBASTAN VİKİ
Abissal
Abissal — okeanın pelajik zonasındakı təbəqələrdən biri. Sözün kökü yunanca "dibsiz" demək olan ἄβυσσος (ábussos) sözündən gəlir. 4,000–6,000 metr (13,000–20,000 ft) dərinlikləri əhatə edən bu bölgə əbədi qaranlıqda qalır. Okeanın ümumi sahəsinin 83%-ni və Yer səthinin 60%-ni əhatə edir. Abissal zonadakı su kütləsinin böyük hissəsinin temperaturu təxminən 2–3 °C (36–37 °F) arasında dəyişir. Suyun təzyiqi isə 76 meqapaskal (750 atm; 11,000 psi)-a çata bilər. İşıq olmadığı üçün zonada oksigen istehsal etmək üçün bitkilər yoxdur və oksigenin qaynağı əsasən uzun müddət əvvəl qütb sahələrindən ərimiş buzdur. Okean yatağı boyunca suda oksigen mövcud deyil ki, bunun nəticəsində də yuxarıdakı oksigenlə zəngin suya vaxtında qayıda bilməyən və ya aşağı oksigenli mühitdə sağ qala bilməyən orqanizmlər üçün ölüm tələsi yaranır. Bu zona həm də yuxarıdakı okean zonalarından aşağıya doğru enmiş və parçalanmış çoxlu miqdarda ölü üzvi material səbəbi ilə azot, fosfor və silisium kimi qida duzlarının daha yüksək konsentrasiyasına malikdir. Abissal zonanın aşağısında seyrək məskunlaşılmış ultraabissal, yuxarısında isə batial zona yerləşir.
Təpə
Təpə — dağdan kiçik olan yüksəlmiş ucalıqlara deyilir. Təpə bir nisbi addır və bir ucalıği dağ və ya təpə adlandırmaq, yerdən yerə fərqlidir. Təpə hündürlüyü 200 metrə qədər olan yüksəkliklərə deyilir. Bir çox şəhərlər təpələr üzərində salınmışlar.
Abissal düzənlik
Abissal düzənlik — çökəkliyin dibində zəif maili, akkumulyativ, horizontal səthli, dərin dəniz düzənliyi. Onun yaranması suspenzion axınlar vasitəsilə dib çöküntülərinin yerdəyişməsi prosesi ilə əlaqədardır. Abisal düzənlikləri okean dibinin sahəsinin təqribən 40%-ni əhatə edir və 2,500–5,500 metr dərinlikdə yerləşir. Onlar qitənin ətəyi ilə Orta-Okean silsiləsi arasında yerləşirlər.
Abissal sahə
Abissal düzənlik — çökəkliyin dibində zəif maili, akkumulyativ, horizontal səthli, dərin dəniz düzənliyi. Onun yaranması suspenzion axınlar vasitəsilə dib çöküntülərinin yerdəyişməsi prosesi ilə əlaqədardır. Abisal düzənlikləri okean dibinin sahəsinin təqribən 40%-ni əhatə edir və 2,500–5,500 metr dərinlikdə yerləşir. Onlar qitənin ətəyi ilə Orta-Okean silsiləsi arasında yerləşirlər.
Abissal çöküntülər
Abissal çöküntülər — dərin dəniz çöküntüləri, abissal zonada 3–4 km-dən çox dərinlikdə müasir və qədim dəniz və okean çöküntüləri. Əsasən karbonatlı və silisli lillər, dərin sulu qırmızı gil daxildir. "Abissal çöküntülər" anlayışı ilk dəfə 1907-ci ildə Almaniya tədqiqatçısı Otto Krümmel tərəfindən təqdim edilmişdir. Onlar müxtəlif mikroorqanizmlərdən və heyvan qalıqlarından (orqanogen çöküntülər), vulkan püskürmələrindən, süxurlardan və minerallardan əmələ gəlir. Abissal çöküntülər okeanın dibinin təxminən 90%-ni əhatə edir.
Yastı abissal düzənlik
Abissal düzənlik — çökəkliyin dibində zəif maili, akkumulyativ, horizontal səthli, dərin dəniz düzənliyi. Onun yaranması suspenzion axınlar vasitəsilə dib çöküntülərinin yerdəyişməsi prosesi ilə əlaqədardır. Abisal düzənlikləri okean dibinin sahəsinin təqribən 40%-ni əhatə edir və 2,500–5,500 metr dərinlikdə yerləşir. Onlar qitənin ətəyi ilə Orta-Okean silsiləsi arasında yerləşirlər.
Buğda təpə
Buğdatəpə (kənd) — İrəvan xanlığının Göyçə mahalında, indiki Basarkeçər (Vardenis) rayonu ərazisində kənd. Buğdatəpə (dağ) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında dağ. Buğdatəpə — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda dağ. Buğdatəpə — İrəvan quberniyasının Yeni Bayazid qəzasında aşırım.
Gül təpə
Gültəpə və ya Kültəpə — İranın Həmədan ostanının Kəbudər Ahəng şəhristanının Gültəpə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,876 nəfər və 469 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Kapitoli (təpə)
Kapitoli (lat. Capitolium, Capitolinus mons, it. il Campidoglio, Monte Capitolino) — Qədim Romanın yerləşdiyi 7 təpədən biri. Bu təpə Romanın salınması haqda əfsanəyə görə bu cür yaradılıb. Əfsanəyə görə,latın şəhərlərindən birinin şahı öz qardaşı qızının əkiz oğlanların, Romul və Remi Tibr çayına atmağı əmr edir. Lakin Tibr çayı daşdığından uşaqların olduğu səbət ağaca ilişir və uşaqlar sağ qalır. Uşaqları bir dişi canavar tapır və süd ilə bəsləyir. Sonra uşaqları bir çoban tapır və böyüdür. Uşaqlar cəsarətli döyüşçüyə çevrilir. Sonra şaha qarşı üsyan edib onu öldürürlər.
Külün təpə
Külün təpə, Külüng təpə və ya Hisamabad (fars. حسام‌آباد‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 2,023 nəfər yaşayır (557 ailə).
Lələ təpə
Lələtəpə — Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin 2.9 km şimal-qərbində yerləşən 271.1 m hündürlüyə malik təpə. Lələtəpə adlandırılan yüksəklik mühüm tarixi, etnoqrafik, dini və mədəni əhəmiyyət kəsb edir. Folklorşünas Sədnik Paşa Pirsultanlının tədqiqatlarından aydın olur ki, "Lələ dağı" (bir adı da Lələ yaylağıdır) Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Füzuli rayonunun Mirzənağılı və Qazaxlar kəndi yaxınlığında, qərbi isə Füzuli rayonunun Əhmədalılar kəndindədir. Yerli camaatın dediyinə görə Lələ öz qəbrinə yaxın olan Arğalı türbəsində, ondan xeyli aralı olan Babı gümbəzində yaşamış, yaz-yay aylarında isə "Lələ dağı", "Lələ yaylağı" deyilən yerdə çardaq qurmuşdur." Hərbi strateji əhəmiyyətə malik olan bu təpənin tutulması Horadiz şəhəri və Füzuli rayonunu atəş nəzarətində saxlamağa imkan verir. Lələtəpə Qarabağ müharibəsi zamanı 1994-cü il fevral ayının 11–12-də döyüş yerlərindən biri olub. Yüksəklik 1993-cü ildə Ermənistan ordusu tərəfindən tutulub. Sonra Lələtəpə 1994-cü ildə "Horadiz əməliyyatı" zamanı Azərbaycan ordusu tərəfindən ələ keçirilsə də, sonralar ağır döyüşlər nəticəsində yenidən Ermənistan ordusunun nəzarətinə keçib. 2 aprel 2016-cı ildə Lələtəpə Dördgünlük müharibə zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. İşğaldan azad edilmiş Lələtəpə yüksəkliyinə illər sonra ilk dəfə Azərbaycan bayrağını aprelin 2-də təxminən saat 05:45 radələrində asan hərbi qulluqçu Asim Əliyev olub. 2017-ci il Fevral döyüşləri zamanı Ermənistan Silahlı Qüvvələri Lələtəpə yüksəkliyin almaq məqsədilə təxribat törədiblər.
Murad təpə
Murad təpə (Kanakеrovan) — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotyak, Abovyan) rayonunda kənd. 15.08.1964-cü ildə kənd еrmənicə Kanakеrovan adlandırılmışdır. Kənd "Muradtəpə"nin adını əks еtdirir. tarixində adı dəyişdirilərək Kanakeravan qoyulmuşdur. 1948-ci illərdə kəndin əhalisi Azərbaycana köçürülmüşdür.
Münəvvər təpə
Münnəvər təpə və ya Firuzabad (fars. منورتپه‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Pir Səlman bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 260 nəfər yaşayır (82 ailə).
Qara Təpə
Azərbaycanda Qaratəpə (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Qaratəpə (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Gürcüstanda Qaratəpə (Qarayazı) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresində şəhər, Qarayazı bələdiyyəsinin inzibati mərkəzi. İranda Qara Təpə (Xoy) — Qara Təpə (Maku) — Qaratəpə (Çaypara) — Qaratəpə (Mərənd) — Qaratəpə (Miyanə) Qaratəpə (Şəbüstər) Qaratəpə (Təbriz) Qaratəpə (Nir) Qaratəpə (Nəmin) Qaratəpə (Əbhər) Qaratəpə bələdiyyəsi (Bərdə) — Azərbaycanın Bərdə rayonunda bələdiyyə. Qaratəpə bələdiyyəsi (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda bələdiyyə. Qaratəpə yaşayış yeri Qaratəpə yaşayış yeri (Ağcabədi) — Qaratəpə yaşayış yeri (Beyləqan) — Qaratəpə yaşayış yeri (Kürdəmir) — Qaratəpə (Osmaniyyə) ― Türkiyənin cənubundakı Osmaniyyə ilində keçmiş Hett qalası və açıq hava muzeyi.
Təpə (Germi)
Təpə (fars. تپه‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 459 nəfər yaşayır (104 ailə).
Təpə (Nəmin)
Təpə (fars. تپه‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 20 nəfər yaşayır (5 ailə).
Təpə (Urmiya)
Təpə (fars. تپه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 23 nəfər yaşayır (4 ailə).
Təpə (dəqiqləşdirmə)
Təpə — dağdan kiçik olan yüksəlmiş ucalıqlara deyilir. ‎Təpə (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. ‎Təpə (Nəmin) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd.
Təpə kəklikotusu
Təpə kəklikotusu (lat. Thymus collinus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin kəklikotu cinsinə aid bitki növü. Qafqazda geniş yayılmışdır. Çoxillik, alt hissəsində şaxələnmiş gövdəli, yuxarı hissəsində tükcüklü bitkidir. Çiçək saplaqlarının hündürlüyü 7-12 sm-dir. Yarpaqları saplaqlı, uzunsov-yumurtavaridən yumurtavariyədək, uzunluğu 7-11 sm, eni 3-5 mm, nöqtəli-vəziciklidir. Çiçəkləri çəhrayı, başcıq çiçək qruplarına yığılmışdır. Meyvəsi-qozadır. Təbiətdə əsasən toxum vasitəsi ilə çoxalır. Orta və subalpda, quru daşlı yamaclarda bitir.
Təpə payı
Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, III cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1982 Atlas of Human Cardiac Anatomy - Endoscopic views of beating hearts - Cardiac anatomy Р. Д. Синельников.
Təpə sümüyü
Təpə göz
Təpəgöz – türk mifologiyasında mifik qəhrəman, türk əfsanə adı çəkilən tək gözlü nəhəngdir. Müxtəlif Türk dillərində Tübegöz, Töbököz, Töpekös olaraq da deyillər. Qaf dağında yaşayır. Anası alageyik donuna girə bilən bir pəridir. Bu pərinin bir çobanla birləşməsindən doğulmuşdur. Bəzən dişi, bəzən də kişi təpəgözlərə rast gəlinir. Barmağında cadulu bir üzük bağlıdır. Yalnız gözündən vurularaq öldürülər. Bədəninin digər qisimlərinə silah işləməz. Qaf dağında yaşayır.
Ağ-təpə
Ağ-təpə yaşayış yeri — Ağdam rayonunun Çəmənli kəndindən 3 km şərqdə, Sarıcalıtayı abidəsindən 800 m cənubda təbii təpə üzərində yerləşir. Planda uzunsov-oval formalı olub şimal-cənub oxu boyu uzunu 250 m, eni 150 m-dir. Təpənin hündür yeri şimalda 7–8 m-ə çatır. Burada təpə kəsilərkən "dərin qobu ilə sərhədlənir". Qobunun dibi ilə "Bino" kəhrizinin suyu axır. Dərin qobu Ağ təpənin şərqindən keçərək cənub-şərq istiqamətində uzanır və düzənliyə çıxır. Cənubda təpənin hündürlüyü xeyli azalır və 4–5 m-ə çatır. Göy-təpə və Sarıcalıtayı yaşayış məskənlərində olduğu kimi Ağtəpə şərq-qərb istiqamətli çökəklə iki yerə ayrılır. Yaşayış məskənlərində müşahidə olunan bu topoqrafik xüsusiyyət yalnız stasionar qazıntı işləri nəticəsində aydınlaşdırıla bilər. İlk tunc dövrü keramikası Kür-Araz mədəniyyətinin müxtəlif mərhələlərini (ilk və inkişaf etmiş) əks etdirir.
Şəfqət Təpə
Şəfqət Təpə (türk. Şefkat Tepe) — İlk bölümü 6 noyabr 2010-ci ildə yayımlanan döyüş, hərbi, dram və cinayət mövzulu Türkiyə teleserialıdır. Serial, 1997-ci illərdən sonrasından bəhs etməkdədir. Baş rollarını Mert Kılıç, Aslıhan Güner, Ərtoğrul Şakar, Dilara Büyükbayraktar, Mehmet Korhan Fırat, Merve Akaydın və Bora Karakul paylaşmışdır. Mert Kılıçın canlandırdığı Serdar Mert personajı, 3-cü mövsümə qədər Karapınar Jandarma Karakolu Komutanı Üsteğmen Serdar Mert olaraq xidmət edirdi. 75-ci bölümdə baş rollardan Leyla (Aslıhan Güner) ölərək serialdan ayrıldı. 3-cü mövsümdə Sungurlar adında bir tim quruldu. 3–4 bölüm sonra Serdar Mert, kapitan oldu. Yeni baş rol isə Dilara Büyükbayraktar oldu. Hekayə Sungurlar timi üzərindən davam etdi.
Döş formalı təpə
Döş formalı təpə – formaca qadının döşünü xatırladan təpə. Bu cür antropomorfik coğrafi quruluşlar dünyanın müxtəlif yerlərində rast gəlinir. Bir çox mədəniyyətdə döş formalı təpələr ana tanrıları ilə əlaqələndirilir və onlara ana tanrıları ilə bağlı adlar verilib. Məsələn, İrlandiyada yerləşən Anunun döşləri xristianlıq öncəsi İrlandiyanın əhəmiyyətli qadın ilahəsi olan Anunun adını daşıyır. İngiltərənin Mançester şəhərinin adının Mamutsium qəsrinin adından gəldiyi güman olunur və fərziyyəyə görə bu söz kelt dilində "döş formalı təpə" mənasına gəlir. Çünki qəsrin yerləşdiyi yer döş formasını xatırladırmış. Bu ad daha sonra dəyişərək Mançester halını almışdır. Döş formalı təpələrin çoxu yerli məhsuldarlıq və çoxalma ilahları ilə əlaqələndirilir. Hətta bəzi arxeoloji qazıntı yerləri döş formalı təpələrin yaxınlığında yerləşir: Siciliyanın Samson adasının döş formalı Şimal təpəsi və Cənub təpəsində məzarlıqlar kəşf edilmişdir. İspaniyanın Araqon bölgəsində yerləşən Burren və Burrera təpələrində Urnfild mədəniyyətinə aid arxeoloji qazıntı yerləri yerləşir.